Çöhrəqani: Öyrəncilər lider arzusunda olmasınlar

Oyannews: 1995-ci ilin may ayında İranın radio və televiziyasında yayımlanan bir anketdə Azərbaycan Türk milləti aşağılandı. Və buna etiraz olaraq 9 may tarixində Təbriz universitetinin öyrənciləri universitətə toplanaraq eyləmlər təşkil etdilər və yürüşlər keçirtdilər. O gündən 9 may Güney Azərbaycanda Öyrənci Günü kimi tarixə düşdü.

Dr.Mahmudəli Çöhrəqanli GAMOH(Güney Azərbaycan Milli Oyanış Hərəkatının) genəl başkanı, 90-cı illərdə universitet hocası və Təbriz Tərbiyyət müəllim universitetinin mali idari köməkçisi Güney Azərbaycanda Öyrənci Günü munasibetələ o illərin olaylarindan danışır.

9 may Öyrənci hərəkatı ilə bağlı keçmiş universitet hocası dedi: 90-ci illərin əvvəlində olan olayların nəticəsində ilk dəfə Azərbaycan Milli Hökumətindən sonra (Pişəvərinin başçılığı ilə) Təbriz universitetində Azərbaycan Türkcəsi ədəbiyyatının öyrənilməsinə icazə verildi.

http://oyannews.com/az/wp-content/uploads/2015/05/chehreqani.mp3

Çöhrəqani Azərbaycan öyrənci hərəkatının görəvlərini açıqlayaraq qeyd edir ki, indiki zamanda hər evdə ən azi bir öyrənci və öyrənci olmuş insan var. Demək olar ki, Azərbaycan öyrənci hərəkatı toplumun bütün adamlarını əhatə edir və buna görə Azərbaycan Milli Hərəkatının ruhunu və cismini öyrəncilər təşkil edir.

Dr. Çöhrəqani İran parlamentinin 5-ci dövrə seçkilərinə namizəd olmuş, öyrəncilərin seçkilər ərəfəsində və ondan sonrakı olaylarda bağlı söylədi ki, məni dəstəkləyənlərin yüzdə doxsanı öyrəncilər idi. Onlar mənim danışıqlarımı və planlarımı hazırlayırdılar, təşkilatçılıq edirdilər və hər zaman mənim yanımda olurdular.

GAMOH genəl başkanı öyrənciləri bayraqdar, lider, yolaçan, kimi nitələyərək qeyd edir ki, öyrəncilərdə millətimizi azad edə biləcək güc və potansiel var. Əgər Azərbaycan Öyrənci Hərəkatını Azərbaycan Milli Hərəkatından ayırsaq, bu hərəkat başsız bir ölü kimi yerdə qalar.

Dr. Çöhrəqani öyrəncilərin indiki durumda görəvlərinə toxunaraq söylədi ki, onlar görəvlərini yaxşı bilirlər və məncə Qandinin barışcıl yönləriylə mübarizə və hərəkata davam etməlidirlər, birləşməli və mütəşəkkil organizə olub lider arzusunda olmamalıdırlar. Onlar özləri hərəsi bir liderdi.

The post Çöhrəqani: Öyrəncilər lider arzusunda olmasınlar appeared first on OyanNews.

…read more

From:: Oyan News