Dünyanın ən cazibədar qadını niyə ölüb?

Amerikanın seks simvolu Merilin Monronun necə öldüyü yarım əsrdir tapmaca olaraq qalır.

ANS PRESS-in məlumatına görə, onun ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. İntihardan qəsdən öldürməyə qədər. Hollivud ulduzu çarpayısında ölü tapıldıqdan 53 il sonra sənədli film nümayiş olunub.

Filmin müəllifləri aktrisanın ölümündə onu müalicə edən həkimini ittiham edirlər. İddia olunur ki, Merilin Monro tibbi səhlənkarlıq nəticəsində ölüb.

Aktrisanın həkimi bilirdi ki, bir neçə dərmandan istifadə ölümcül nəticəyə gətirib çıxara bilər.

Həkim onun ölümündən iki gün əvvəl aktrisaya “Nembutal” yazıb. Monronun ölümünün yeni araşdırmasını keçirən Doktor Riçard Şepard bildirib ki. “Xloralhidrat” və “Nembutal”un birlikdə qəbulu etdikdə tənəffüs sisteminə ən neqativ təsirə malik ola bilər. Qəribədir ki, bu iki preparat ona birlikdə yazılıb.

Qeyd edək ki, Merilin Monro 1962-ci il avqustun 5-də yataq otağında ölü halda tapılıb. …read more

From:: ANS