Fəhlələrdən böyük etiraz aksiyası (VİDEO)

İrəvanda “Nairit” zavodunun işçiləri maaşlarının verilməsi və zavodun fəaliyyətinin bərpa olunması tələbilə hökümət binası qarşısında iki günlük oturaq aksiyaya başlayıb.

ANS TV-nin məlumatına görə, etirazçılar hökümət binasından çıxan dövlət məmurları fitə basır, onların ünvanına nalayiq şüarlar səsləndirir. Oturaq aksiyanın gedişatını onlarla polis əməkdaşı izləyir. Bir çox yerli sakinlər aksiyaya qoşularaq, onlara plakatların hazırlanmasına kömək edib.

Erməni mətbuatına görə, fəhlələrin aksiyası bazar günü səhər saatlarına kimi davam edəcək və gecə saatlarında başqa etirazçılar yerdə əyləşən oturaq aksiya iştirakçılarını əvəz edəcək.

Kimyavi maddələrin istehsalı ilə məşğul olan zavod 3 ildən çoxdur ki, fəaliyyətini dondurub və zavodun əməkdaşları uzun müddət verilməyən maaşlarını ala bilmir.

Etirazçılar tələblərin yerinə yetirilməyəcəyi təqdirdə aksiyanı gələn həftə də davam etdirməyə söz verib.

…read more

From:: ANS