Maliyyəçilər Tiflisə toplaşdı

Gürcüstanın paytaxtı Tiflis şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının 24-cü İllik Toplantısı işə başlayıb.

ANS PRESS xəbər verir ki, tədbirdə AYİB-in əməkdaşlıq etdiyi ölkələrin iqtisadiyyat, maliyyə və ticarət nazirləri, sahibkarlar, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

İllik Toplantıda AYİB-in növbəti illər üzrə strateji fəaliyyəti və investisiya qoyuluşu məsələləri müzakirə olunur.

Tədbirdə ölkəmizi AYİB-in Müdirlər Şurasında Azərbaycan tərəfdən müdir, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

AYİB-in Müdirlər Şurasının İllik Toplantısı mayın 15-dək davam edəcək. …read more

From:: ANS