Poroşenko amerikalı senatora vəzifə verdi

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ senatoru Con Makkeyni özünə müşavir təyin edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidenti mayın 14-də sərəncam verib.

Prezident bildirib: “Ümidvaram ki, Makkeyn bu təyinatı qəbul edəcək və İsveçin keçmiş baş naziri Çarl Bildt ilə birlikdə Məsləhət Şürasının üzvü olacaq. Bura Avropa Parlamentinin üzvü Elmar Brok və iqtisadçı Anders Aslund da daxil ediləcək”.

C.Makkeyn Twitter səhifəsində yazıb ki, P.Poroşenkonun təyinatını özünə şərəf sayır. Amma bunu, ilk növbədə Senat təsdiqləməlidir.

Xatırladaq ki, Ukrayna hökuməti ölkədə islahatlar aparılması və beynəlxaq dəstək qazanmaq üçün Beynəlxalq Məsləhət Şurası yaradıb. Şuraya keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili rəhbərlik edir. …read more

From:: ANS