Hacı Sabir Ramazan bayramından danışdı

Azərbaycanda Ramazan ayı iyunun və iyulun 18-dən başlayacaq 18-də sona çatacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli ANS PRESS-ə məlumat verib.

Onun sözlərinə görə, ayın başlanması ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsi fətva verəcək: “Biz Şamaxı Astrofizika Rəsədxanası ilə hesablamalar aparmışıq. Hesablamalar nəticəsində bu qənaətə gəlmişik ki, Ramazan ayı iyunun 18-də girir və növbəti ayın 18-də çıxır. Azərbaycanda Ramazan bayramı 18 iyula düşür”.

Hacı Sabir Həsənlinin sözlərinə görə, Ramazan ayının gəlişi qonşu ölkələrdə zaman fərqilə qeyd oluna bilər. Ola bilsin ki, Türkiyədə bu ayın gəlişi 17-nə təsadüf etsin. Bu baxımdan Ramazan bayramı da fərqli gündə qeyd edilə bilər.

Qeyd edək ki, Qafqaz Müsəlmanlar İdarəsinin bəyanatına əsasən, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fətvalar yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında veriləcək. …read more

From:: ANS