Aşıq Tellinin hamıdan gizlətdiyi sevgilisi (FOTO)

Aşıq Telli danışdı və peşman oldu. Hər buraxılışı ilə böyük səs küy yaradan ANS-də Zaur Nəbioğlunun aparıcılığı ilə yayımlanan “A-dan Z-yə” verilişinin mətbuat katibinin ANS PRESS-ə verdiyi məlumata görə, sosial şəbəkədə verilişimizin adına olan səhifədə keçən həftə aşıq Telli ilə bağlı anons yayımlanıb. Amma ötən verilişdə anons olunan o sujet göstərilmədi.

“Bunu biz Tellinin istəyi ilə yayımlamadıq. O sujetdə Telli anasının səhhəti ilə bağlı açıqlama verib və göz yaşlarını saxlaya bilməmişdi. Digər bir açıqlaması da onu sevən şəxslə bağlı idi. Həmin şəxs çəkiliş məkanında idi. Biz bu çəkilişi etdik, anons yığdıq və sosial şəbəkədə yayımlandı, dərhal Telli verilişimizin produserinə zəng edib öz etrirazın bildirdi ki, mənim ağladığımı görüb qardaşım məni danlayır. Xahiş edirəm o sujeti yayımlamayın”.

Hətda prodüserlə söhbət zamanı Telli qardaşının onun sevgilisini görsə və aşığın onun barəsində danışdığını eşitsə böyük qalmaqal çıxacağını deyib.

“Verilişimizin yaradıcı heyyəti hər bir qonağına hörmətlə yanaşdığından və özəl məsələlərlə bağlı heç kimə heç nəyi məcbur etmədiyimizə görə biz o sujeti yayımlamadıq. Lakin bizə gələn çoxsaylı sualları nəzərə alaraq yayımlanmalı olan sujetin birinci -anasının səhhəti ilə bağlı olan hissəsini təqdim etdik”.

Xatırladaq ki, “Maşın” realiti şousunun yayımı ilə bağlı “A-dan Z-yə” bir müddət şənbə günləri saat 16:55-də yayımlanacaq. Verilişin bu dəfə qonağı xalq artisti Brilliant Dadaşovadır.

…read more

From:: ANS