Qadın polisi belə döydülər (FOTO, VİDEO)

Şərqi Afrika ölkəsi Burundidə inanılmaz hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısına etiraz məqsədiylə insanlar paytaxt küçələrinə axışıb. Aksiyaçılara polis müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb.

Qadın polisin silahsız bir nümayişçiyə avtomatdan atəş açması insanların qəzəbinə səbəb olub. Etirazçılar qadın polisi linç etməyə cəhd edib.

Ancaq qadın polisin bu addımı vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarıb. Etirazçılar bu atəşdən sonra hiddətlənərək qadın polisə hücum çəkiblər. İnsanlar qadını təpik və yumruqlarla uzun müddət döyüblər.

Yaralı qadın son anda digər polis yoldaşlarının müdaxiləsilə xilas edilib.

…read more

From:: ANS