Poroşenkonu həbs edirlər?

Amerikanın “Azadlıq” radiosu Ukrayna prezidenti Petro Poroşenko haqqında yeni fakt üzə çıxarıb və onu vəzifəsindən sui-istifadədə günahlandırıb.

ANS PRESS-in məlumatına görə, bildirilir ki, P.Poroşenko son 7 ildə dövlət tərəfindən xüsusi qanunla qorunan Kiyev-Peçor qoruğunda dəfnə ağaclarının yaxınlığında bir neçə hektar elit yaşayış sahəsi alıb. O, alınan bu sahədə genişmiqyaslı tikinti işlərinə başlayıb, nəticədə XVIII əsrə aid tarixi bina zərər görüb.

“Azadlıq” radiosunun xəbərinə görə, P.Poroşenko bu məsələnin araşdırılmasına mane olmaq üçün xidməti vəzifəsindən istifadə edir.

“Rusiya 24” telekanalı bildirib ki, Petro Poroşenko seçkilərdən əvvəl seçiciləri qarşısında onun sərvətinin 750 milyon dollar dəyərində qiymətləndirildiyini, lakin prezident olduğu təqdirdə bütün işgüzar aktivlərindən əl çəkəcəyini və oliqarxların siyasi təsirini zəiflədəcəyinə söz verib. …read more

From:: ANS