ANS-in efirində qəfil dəyişiklik

ANS televiziyasında yayımlanan daha bir layihədə dəyişiklik oldu. ANS PRESS-in məlumatına görə, “Xalqın artisti”nin vaxtı dəyişib.

Proqram müvəqqəti olaraq həftənin cümə günləri günorta saatlarında – saat 16:20-dən 18:00-a qədər yayımlanacaq.
Verilişin vaxtının dəyişməsi “Maşın” realiti şousu ilə bağlıdır.

İyun ayının 4-dən etibarən isə veriliş öz vaxtında efirdə olacaq.

Xatırladaq ki, əsl xalq şousu olan “Xalqın artisti” proqramı həftənin cümə axşamı axşam saatlarında yayımlanıb. …read more

From:: ANS