Dolların bahalaşması azalmaya gətirib çıxarıb

“Dolların xarici valyutalara nisbətdə möhkəmlənməsi Azərbaycanın xarici ticarət dövriyyəsinə təsir edib. Cari ilin birinci rübündə xarici ticarət dövriyyəmiz 19% azalıb”.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov deyib.

O bildirib ki, ixrac üzrə də azalma qeydə alınıb. Bu isə neft ixracı ilə bağlıdır. Ötən ilin xarici ticarət dövriyyəsində profisit 3,6 mlrd. dollar olduğu halda, bu ilin birinci rübündə bu göstərici 1 mlrd. dollar təşkil edib.

“Azərbaycanın xarici ticarət tərəfdaşlarında vəziyyətin pisləşməsi ölkəyə daxil olan xarici valyutanın azalmasına səbəb olub. Bunun nəticəsi olaraq cari ilin birinci rübündə xarici valyutaya tələbat artımı müşahidə edilib. Belə ki, ölkənin xarici valyuta ehtiyyatlarının azalması və tərəfdaş ölkələrdəki devalvasiyaların psixoloji təsiri nəticəsində devalvasiya gözləntisi yaranıb.

AMB rəsmisi qeyd edib ki, nəticədə ölkədə devalvasiya gözləntiləri yaranıb: “İnsanlar öz valyutalarını xarici valyutaya dəyişirdi. Fevral ayında manatın ucuzlaşması barədə qərar qəbul edilmişdi. Ölkədə devalvasiyaya baxmayaraq inflyasiya məqbul vəziyyətdə, 1,2% qalıb. Daha çevik məzənnə siyasətinə keçid nəzərdə tutulur. Mərkəzi Bankın dollara bağlılıq siyasətindən çevik məzənnə siyasətinə keçid etməsi üzən məzənnə siyasətinə keçid üçün ilkin addım olaraq qəbul edilə bilər”.

…read more

From:: ANS