Nazir ağdamlılarla görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bu gün ədliyyə naziri Fikrət Məmmədov Ağdam rayonunda vətəndaşları qəbul edəcək.

ANS PRESS-in məlumatına görə, qəbulda Ağdam, Tərtər, Ağcabədi və Laçın rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qəbul saat 11:00-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Milli Olimpiya Kompleksində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Zərifə Əliyeva prospekti) keçiriləcək. …read more

From:: ANS