Qələmi və elmi ilə xalqın xidmətində

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan realist və demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən olan yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 145 illik yubileyinə həsr olunmuş “Qələmi və elmi ilə xalqın xidmətində” adlı tədbir keçiriləcək.

İdarədən bildirilib ki, Nərimanov Rayon Mərkəzləşmiş Kitabxana Sistemində təşkil olunacaq tədbirdə görkəmli ədibin həyat və yaradıcılığından söz açılacaq.

Ə.Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığında yerləşən Ağbulaq kəndində anadan olub. O, Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, Şuşa və Tiflis realnı məktəblərində və Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil alıb. Onda ədəbiyyata maraq hələ tələbəlik illərində yaranıb. Ə.Haqverdiyev “Yeyərsən qaz ətini, görərsən ləzzətini” və “Dağılan tifaq” əsərlərini tələbəlik illərində yazıb.

Görkəmli ədibin əsərləri bir çox dillərə tərcümə edilib.

Ə.Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. …read more

From:: ANS