O insanlardan uzaq durun!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – İşiniz üçün faydalı ola biləcək informasiya və ya məlumat axtarmağa başlayın. Məsləhətləşmə, toplantı, yazışma, işgüzar tərəfdaşla görüş üçün əlverişli zamandır. Xəbərlər arasında sizi narahat, nigaran edəcək məqam ola bilər.
Bəzi planlardan imtina edərək ehtiyat variantı reallaşdırmağa başlayın.
Səfər və səyahət, dostlarla görüş üçün əlverişli vaxtdır.
Gərgin situasiyalarda sözdən işə keçin, nigarançılığı dağıdın, suallarınıza birmənalı cavab alın.
Müəyyən illüziyalardan qurtulmağınız istisna deyil. Yeni məqsədlər tapın.

Buğa – Çətin, mürəkkəb, gərgin gündür. Lakin bütün diqqətinizi işə yönəldərək boş söhbətlərə və dedi-qodulara vaxt ayırmasınız, yaxşı nəticələrə nail ola bilərsiniz.
İntrovert olmayın, fikirləriniz bitkin forma alsın, gələcəklə bağlı planlar qurun. İşgüzar toplantılara qatılın, problemləri həll etməyə çalışın, yazışmalarda diqqətli olun.
Uzaqda yaşayan insanlardan biri sizə sürpriz xəbər yollaya bilər.
Ev işləri, ailə tədbirləri, alış-veriş üçün xeyirli vaxtdır. Lakin bədxərc olmayın.

Əkizlər – Təlimata, qaydaya və düzənə riayət edin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə müəyyən ağırlığa rəğmən, hadisələrdən tam narazı qalmayın.
İndi situasiyada müsbət dəyişikliklər etmək imkanı var. Günün maraqlarını nəzərə alın. Eyni zamanda perspektivi unutmayın, danışıqlar aparın, faydalı ola biləcək detalları unutmayın.
Rəhbərliklə önəmli söhbət olmalıdırsa, qətiyyətli olun, maraqlarınızı qoruyun. Səfər, birgə fəaliyyət, məlumatın təhlili, tədbirlərə hazırlıq baxımından əlverişli gündür.
Tərəf-müqabillik münasibətləri çərçivəsində qarşılıqlı fəaliyyətin çərçivələrini genişləndirməyin yollarını düşünmək olar.

Xərçəng – Yaşamınızda yeni intriqa peyda olur, gərginlik artır. Bütün ziddiyyətlərin sülh yolu ilə həll olunacağını düşünməyin. Sizi mübahisə və qəfil problemin aradan qaldırılmasına yönəlmiş təcili iş gözləyir.
Əks tərəfdəki şəxs sizə qalib gəlmək üçün yasaq metod və çirkin fəndlərdən istifadə edə bilər. Çətin olsa da, səbrli və soyuqqanlı davranın, müdrik olun.
Təsir edə bilmədiyiniz şərtlərin təfərrüatları bəlli olacaq. Çətin situasiyada güzəştə getməkdə qəbahət yoxdur. Qalmaqala meylli insanlardan uzaqda durun.
Tək çalışmağınız məsləhətdir. Pozitiv dəyişikliklər tərəfdaşlar, onların ideyaları və təşəbbüsləri ilə bağlı ola bilər.
Onların qərarları ilk əvvəldən əsl avantüra təsiri bağışlasa da, etiraz etməyin.

Şir – Bəzi …read more

From:: ANS