Bu dərman seksdən asılılıq yaradır

Dərman firması istehsal etdiyi “Parkinson” həbinə görə 150 xəstəyə təzminat ödəyəcək.

ANS PRESS-in “Guardian”a istinadən məlumatına görə, buna səbəb dərmanı istifadə edənlərdə seks və qumardan asılılıq yaranır.

Məşhur dərman firmasına qarşı məhkəmədə iddia qaldırılıb. Məhkəmə iddiaları təmin etsə, dərmanı istifadə edib qumar və seks asılılığı olan xəstələr dərman şirkətindən təzminat alacaq.

Avstraliyada federal məhkəmədə baxılan iddiada bildirilir ki, 2008-ci ildə satışa çıxarılan “Parkinson” dərmanı xəstələrə təyinatdan əlavə təsirlər edir. Dərmanı istifadə xəstələr dərmanın yaratdığı təsirlərdən qurtula bilmədiyini iddia edirlər.

Şirkət dərmanla bağlı səsləndirilən iddialara heç bir cavab verməyib. …read more

From:: ANS