Qorbaçovdan Putinə təklif

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Rusiya hökumətinə və Qərbə maraqlı təkliflə çıxış edib.

ANS PRESS-in məlumatına görə, Qorbaçov təklif edib ki, Rusiya ilə Qərb ölkələrinin sammiti keçirilsin.

“Rusiya və ABŞ liderlərinə heç bir şərt olmadan geniş şəkildə sammitin keçirilməsini təklif edirəm. Sammitdə problemlər və münasibətlər hərtərəfli şəkildə müzakirə edilməlidir. Heç nədən qorxmaq lazım deyil. Hər halda bu iki ölkə böyük məsuliyyət daşıyır”, deyə Qorbaçov bildirib.

Onun sözlərinə görə, hər iki ölkə qlobal problemlərə qarşı birgə mübarizə aparmalı və 1990-cı illərdə Təhlükəsizlik Şurasının Avropa üçün nəzərdə tutduğu ideyaya qayıtmaq lazımdır. …read more

From:: ANS