Paytaxtda geylər üçün işıqforlar (VIDEO)

Avstriyanın paytaxtı Vyana qeyri ənənəvi cütlüklərə həmrəylik hədiyyəsi edib.

ANS PRESS-in məlumatına görə, şəhərin bəzi yerlərində piyada keçidlərinin işıqları “gey cütlüklər” üçün dəyişilib.

Bu tədbir şəhərin “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etməsi ərəfəsində baş verib. Şəhər rəsmiləri bildiri ki, bu Vyana sakinlərinin baxış bucağını dəyişəcək.

Lakin işıqforlarla razılaşmayanlar da var. Sağçı “Azadlıq” partiyasının üzvü Toni Maxdalik bildirib ki, bu “ağlını itirmiş” gender siyasətinin nəticəsidir. O hesab edir ki, bu işıqforlara xərclənən pulları yaxşı olardı kasıblara və işsizlərə xərcləyərdilər.

Hökümət isə əl-ələ tutan geylərin yollarda təhlükəsizliyə xidmət edəcəyini bildirir. Bunun vasitəsilə sürücülər və piyadalar daha çox işıqfora baxcacaq və hansı işığın yandığını görəcəklər.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin milyonlarla tamaşaçıları arasında qeyri-ənənəvi cins nümayəndələri çoxdur. Bundan əvvəlki yarışın qalibi saqqallı transvistit Konçita Vurst geylər arasında əsl qəhrəmana, onun “Rise like a Phoenix” (Feniks kimi ayağa qalx) mahnısı isə geylərin himninə çevrilib.

Bu il isə “Eurovision” mahnı müsabiqəsində 40 ölkəni təmsil edəcək iştrakçı olacaq. Final 23 mayda keçiriləcək.

…read more

From:: ANS