Bakı Zooparkına nadir quş gətirildi (VİDEO)

Bakı Zooparkına bir neçə gün öncə vətəndaş tərəfindən nadir, iri ağ vağ quşu gətirilib.

ANS TV-nin məlumatına görə, zooparkın direktoru Azər Hüseynov bildirdi ki, vətəndaş şəhərdə qanadı qırılmış iri ağ vağ quşunu görüb və onu Bakı Zooparkına gətirməyi qərara alıb. Onun sözlərinə görə, bu vaxta kimi zooparkda bu quş növü olmayıb, bu yenilikdir. Hal-hazırda quşun vəziyyəti normaldır.

“Bakı sakini bizi zooparka gələrək iri ağ vağ quşunu bizə təqdim etdi. Üç gündür bizim mütəxəssislər tərəfindən ona qulluq göstərilir. Belə ki, iri ağ vağ quş evdə saxlanıldığına görə, düzgün yemləmə prosesi aparılmayıb. İndi biz ona balıq, hətta bu günləri quş ətidə vermişik”.

İri ağ vağ mülayim isti və tropik enliklərdə – Avropa, Asiya, Şimal və Cənub Amerika, Afrika, Avstraliya və Yeni Zelandiyada yayılıb. Bu quşlar müxtəlif su anbarları boyunca yaşayır. Zooparkın direktoru ehtimal edir ki, ağ vağlar ola bilsin Xəzər dənizinin sahillərində də yaşayır. Azərbaycana haradan və necə gəlməsi isə məlum deyil. Quşun yaşının nə qədər olduğu da bilinmir.

Hazırda zoopark işçiləri bu ekzotik quşun səhhətini düzəltməyə çalışırlar. Quşun səhhəti tam normallaşacağı təqdirdə, onu zooparka gələn insanlara da nümayiş etdirəcəklər.

…read more

From:: ANS