Fəthullah Gülən nə qədər pensiya alır?

Türkiyədəki “Xidmət” hərəkatının Pensilvaniyada yaşayan lideri Fəthullah Gülənin aldığı pensiyanın miqdarı bəlli olub.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Gülən 1 fevral 1990-cı il tarixdən SSK-dan (Sosial Sığortalar Qurumu) pensiyaya çıxıb.

Fəthullah Gülənin hər ayın 19-da pensiyasını aldığı bildirilir. Pensiyanın miqdarı isə 1 283 lirədir (443 manat).

Xatırladaq ki, Fətullah Gülən daha əvvəl Türkiyənin rəsmi din qurumu “Diyanət”dən məmur kimi pensiyaya çıxdığını açıqlamışdı.

…read more

From:: ANS