Arvadını axtaran kişi və ərini axtaran qadın…

ANS TV-nin “Sən tək deyilsən” verilişində həyacanlı anlar yaşanıb. ANS PRESS-in məlumatına görə, Rusiyadan gəlib həyat yoldaşı Güneyi axtaran Almaz bəy xoşagəlməz sürprizlərlə üzləşib.

Güney xəstə uşağının müalicəsi üçün aprel ayında Azərbaycana gəlib və bir neçə gündən sonra günlərlə yoxa çıxmışdı. Arvadı ilə əlaqə saxlaya bilməyən Almaz çarəni ANS-ə üz tutmaqda görür. O, efirə çıxdığı ilk gün Güney ortaya çıxır. Ər-arvad qucaqlaşıb-barışmaq ərəfəsində olduqda isə Güney barəsində xoşagəlməz faktlar üzə çıxır. Studiya ilə əlaqə saxlayan tamaşaçılar, Güney yoxa çıxan günlərdə bulvarda bir oğlanla gəzən gördüyünü və hətta fotolarını çəkdiyini xəbər verib.

Bu gün isə, onunla bağlı yeni faktlar üzə çıxdı. Tamaşaçılarla bağlantı otağında olan Afət Rahilqızı bu faktları açıqlamaq istədikdə, ekspertlər buna etiraz etdilər. Hətta məsələ o həddə çatdı ki, Seymur Verdizadə ilə Afət Rahilqızı arasında gərginlik yaşandı.

Hər dəfə Afətlə bağlantı yaratdıqda studiyada gərginlik artırdı. Afətin həqiqəti üzə çıxarmaq istəyi deyəsən elə Almaz bəyin özünə də lazım deyildi.

Studiyada yaranmış fikir ayrılığı vəziyyəti daha da gərginləşdirdi. Bir sözlə, Afət faktları açıqlamaq istəsə də, nə Xoşqədəm xanım, nə də ekspertlər buna imkan vermədilər.

“Həmişə verilişimdə təzadlı vəziyyət yaratmağı sevirmişəm” deyən Xoşqədəm Hidayətqızı, studiyaya ərini axtarmağa gələn Həqiqət xanımı dəvət etdi. Qadının sözlərinə görə, əri Bakıya işləməyə gəlmiş və bir daha evə dönməmişdi. Ərinin iş yoldaşlarının sözlərinə görə, Mingəçevirə gedərək orada özünə yeni ailə qurub və geri dönmək fikri yoxdur.

Həqiqət xanım efirdə olan müddətdə televiziya qarşısında oturanlardan biri onu tanıyaraq studiyaya məktub göndərdi. Afət xanım məktubun mətni ilə tanış olmaq üçün Seymur Verdizadəni bağlantı otağına dəvət etdi. Xoşqədəm xamın da dözməyib ora yollandı. Hər ikisi məktubla tanış olduqdan sonra hadisələrin gedişatı tam dəyişdi.

Seymur bəy, məktubun mətninin efirdə açıqlanmasının Azərbaycan mentalitetiminə zidd olduğunu deyərək, bu dəfə də Afət Rahilqızına etiraz etdi. Onun sözlərinə görə, məktubda göstərilən faktlar ictimaiyyətə təqdim edilməli nüanslar deyil. …read more

From:: ANS