“O səs Türkiyə”də Azərbaycan mahnısı (VİDEO)

Türkiyənin ən reytinqli televiziya proqramlarından olan, tanınmış prodüsser Acun İlıcalıya məxsus “TV8”in efirində yayımlanan “O səs Türkiyə” müsabiqəsində növbəti dəfə Azərbaycan mahnısı səsləndirilib.

ANS PRESS-in xəbərinə görə, müsabiqəyə Türkiyənin Ərdaxan vilayətindən qatılan 16 yaşlı iştirakçı “Əziz dostum” mahnısını ifa edib.

İfası münsiflər heyətindən Ebru Gündeşlə Hadisə tərəfindən bəyənilən Sahil Ekmekçi müsabiqəyə Ebru ilə davam etmyə qərar verib.

Qeyd edək ki, sözləri Rəsul Həmzətov, musiqisi Qulu Əsgərova aid olan “Əziz dostum” mahnısı daha əvvəl bir çox tanınmış türkiyəli müğənni tərəfindən ifa olunub və təəsüf ki, bir çox halda mahnı anonim kimi təqdim olunub. “O səs Türkiyə” müsabiqəsi isə mahnını, “sözləri: Arif Babayev, Şah Ruh – bəstəkarı: Əzizə Gürsəs” kimi təqdim edib.

…read more

From:: ANS