Məşəl Yevlaxda (VİDEO)

Bizi I Avropa Oyunlarından artıq 30 gün ayırır. I Avropa Oyunlarına qalan vaxt daraldıqca bu idman yarışına həsr olunmuş tədbirlərin sayı çoxalır. Bölgələr isə “Bakı-2015”in alov çırağını gözləyir.

Bu dəfə alovu qəbul edən Yevlax şəhəri olacaq. İlk olaraq estafeti Azərbaycan üzrə üç qat sambo çempionu Aslan Mirzəyev qəbul edəcək. Daha sonra məşəl on marafonçunun təqibi ilə təxminən 3 min metr məsafə daşınaraq, mərkəzdə quraşdırılmış səhnəyə gətiriləcək.

Məşəli hazırlanmış səhnədə taekvando üzrə Azərbaycan çempionu Nicat Hqaverdiyev təhvil alacaq.

Qeyd edək ki, I Avropa Oyunları iyun ayının 12-dən başlayıb, 28-nə dək davam edəcək.

…read more

From:: ANS