Sonuncu fransız girov azad edildi

Əl-Qaidə qruplaşması tərəfindən saxlanılan sonuncu fransız girov üç il sonra azadlığa buraxılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Fransa prezidenti Fransua Holland xəbər verib.

Holland bildirib ki, artıq heç bir fransız girov qalmayıb. Bir vaxtlar isə Qərbi Afrikada fransalı girovların sayının ən az 14 nəfər olduğu deyilirdi. Lazareviçiin isə necə azadlığa çıxması ilə bağlı təfərrüatlar isə hələ ki, məlum deyil.

Qeyd edək ki, Sej Lazareviç 2011-ci ilin noyabrında Malidə digər fransız yoldaşı Filippe Verdonla birgə girov götürülmüşdü. Taleh Sejin üzünə gülsə də Əla-Qaidə keçən il Fransanın Maliyə müdaxiləsinə cavab olaraq Verdonu qətlə yetirmişdi. …read more

From:: ANS