Həmsədrlər regiona gəlir

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər edəcəklər. ANS PRESS-in məlumatına görə, bunu news.am-a açıqlamasında amerikalı həmsədr Ceyms Uorlik deyib.

Ötən həftə Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla görüşü şərh edən Uorlik deyib ki, Qarabağ münaqişəsinin mümkün həll yolları müzakirə edilib.

“Biz hər dəfə səfər zamanı həm prezident Əliyev, həm də Sarkisyanla danışıqlar imkanından istifadə edirik. Hər iki lider danışıqları intensivləşdirmək istəyir”.

Amerikalı həmsədr hələlik prezidentlərin görüşünün vaxtının müəyyən edilmədiyini və yaxın zamanda görüşü təşkil etmək üçün regiona səfər edəcəklərini deyib.

O, münaqişə tərəflərinin problemin dinc yolla nizamlanmasını arzuladıqlarını da bildirib. “Bu münaqişə artıq uzun illərdir ki, davam edir və çox insan itkisinə yol açıb. Biz bunun sona çatmasını istyirik”. …read more

From:: ANS