İrəvanda yeni rus işğalı

Rus əsgərləri İrəvandakı Zvartnos hava limanının sərhəd buraxılış məntəqəsini tam nəzarətə götürüblər və bu, ermənilərin ciddi etirazına səbəb olub.

ANS PRESS-in məlumatına görə, İrəvanda fəaliyyət göstərən “Məlumatlı vətəndaşlar birliyi” İctimai Birliyi (İB) bəyanat verərək bildirib ki, Rusiya sərhədçiləri Zvartnos hava limanında qanunsuz olaraq ölkəyə gəlib-gedən vətəndaşları yoxlayırlar. Təşkilatın məlumatına görə, Rusiya ilə Ermənistan arasında 1992-ci ildə bağlanmış “Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisində statusu haqqında” qanunda rus əsgərlərinin hava limanında sərhəd nəzarəti aparması nəzərdə tutulmayıb.

“Sazişin üçüncü bəndində aydın deyilir: Rusiya sərhəd qoşunları İran və Türkiyə sərhədinin qorunması ilə bağlı olmayan funksiyaların yerinə yetirilməsinə cəlb edilmir”, – deyə İB-nin məlumatında vurğulanır.

Qanun öz yerində. Amma “Məlumatlı vətəndaşlar birliyi” İctimai Birliyi bir məsələni unudur. Yanvarın 1-dən Avrasiya İttifaqının üzvü olan Ermənistan xarici siyasət, xarici iqtisadi tərəfdaşlıq, hərbi komandanlıq və s. sahələrdə bir çox funksiyalarını Moskvaya həvalə edib. Bir qədər keçəcək və hər şey 1922-ci ildəki kimi olacaq – hərbi komissarlıqlar, polis bölmələri, prokurorluq, daha sonra təhsil sektoru Kremldən idarə ediləcək. Beləcə, erməni millətinin 2000 ildən çoxdur ki, can atdığı suveren dövlət ideyası tarixə gömüləcək.

Erməni yazar Georq Emin “Ermənistan haqqında yeddi əfsanə” kitabında iddia edir ki, ermənilər çar Argişti tərəfindən Urartuya qul kimi gətirilmiş və ağır işlərdə istifadə edilən friq qulların nəslidir. Bəlkə də yazar doğru deyir – qullar azad yaşaya bilmir, mütləq başının üstündə ağası olmalıdır. Əvvəl İran, sonra Roma, daha sonra Osmanlı ermənilərin ağası idi, indi də Rusiya bu rolu üstünə götürüb. …read more

From:: ANS