Prezidentin iclasında mürgülədi, güllələndi (VİDEO)

Şimali Koreya lideri daha bir məmurunu qurban verdi. Ölkənin müdafiə nazirinin güllələnməsinə səbəb onun yuxusuz qalaraq iclasda mürgüləməsi olub.

ANS PRESS-in məlumatına görə, 2012-ci ildən Şimali Koreynın müdafiə naziri olan Hyon Yonq-col dövlət başçısı Kim Çen Inın qatıldığı tədbirlərdən birində mürgüləyib. Bundan sonra o liderə qarşı “sədaqətsizlik və hörmətsizlikdə” ittiham edilərək edama məhkum edilib.

Cənubi Kereyanın “Yonhap” agentliyinin məlumatına görə, nazir aprelin 30-da artileriya silahı ilə güllələnib.

Qeyd edək ki, ötən gün Kim Çen Inın bibisini zəhərlənməsi barədədə xəbər yayaılıb. Ötən il infarktdan öldüyü güman edilən qadının zəhərləndiyi haqqında informasiya yayılıb. Bunu isə Şimali Koreya lideri bibisinin əri ilə arasında olan anlaşılmazlığa görə edib.

Kuzey Kore Savunma Bakanı kurşuna dizildi by euronews-tr …read more

From:: ANS