Ölkədə xaos: iki nazir istefa verdi

Makedoniyada bir neçə gün əvvəl onlarla insanın ölümilə nəticələn əməliyyatdan sonra hökumətdə də dəyişikliklər baş verib.

ANS PRESS-in məlumatına görə, 8-i polis olmaqla, 22 nəfərin ölümünə yol açan əməliyyatdan sonra Daxili işlər naziri Qordana Yankulovska, Nəqliyyat və Kommunikasiya naziri Mile Yanakiyevski, eləcə də Makedoniya təhlükəsizlik və kəşfiyyat idarəsi rəhbəri Saşo Miyalkov istefa verib.

“Dərin siyasi böhran içərisində olan Makedoniyanın bu çətin günlərində daxili işlər naziri vəzifəsindən istefa verməyim, inanıram ki, bütün bunların öhdəsindən gəlməkdə sizə kömək edəcək”, – deyə Yankulovska baş nazir Nikola Qruenskiyə təqdim etdiyi istefa ərizəsində bildirib.

Qeyd edək ki, Makedoniyanın şimalındakı Kumanovo bölgəsində silahlı dəstəyə qarşı 15 saat davam edən xüsusi əməliyyat zamanı 8 polis əməkdaşı olmaqla, 22 nəfər həlak olub. Minlərlə insan isə hökumətin istefasını tələb edir. …read more

From:: ANS