Roza Zərgərli: “Allah onların cəzasını versin” (FOTO)

“MAŞIN” realiti-şousunun ötən axşamkı efirində az səs faizi ilə yarışmadan ayrılmalı olan müğənni Roza Zərgərli hisslərini dilə gətirib.

ANS PRESS-in məlumatına görə, müğənni Roza Zərgərli səsvermə zamanı əgər yarışmada qalarsa, stilist Anar Ağakişiyevi çıxaracağını bildirmişdi. Lakin sonda 77.53 faiz əleyhinə səs toplayan sənətçi yarışmanı özü tərk etməli olub.

Yarışmadan sonra isə onun səs toplamaq üçün etdiyi müraciət sosial şəbəkədə müzakirəyə çıxarılıb və yaxşılıqlarını dilə gətirdiyi üçün qınanılıb.

Bütün bu iradlara və haqqında səslənən fikirlərə cavab olaraq, müğənni sosial şəbəkədə post yazıb: “Bu gün çox hadisə baş verdi; xeyrimə və ya ziyanıma, lehimə və əleyhimə… hər işdə bir xeyir var deyirlər, bunun xeyrini də gördüm. Allah mənim əleyhimə “cümlələr”dən istifadə edib gündəmə gəlmək istəyənlərin özü cəzasını versin! Yazıqsınız vallah, çox yazıqsınız!”

Sonda müğənni, ona dəstək olanlara öz təşəkkürünü çatdırıb.

Hazırda şounun iştirakçıları əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik Kələntərli, Günel Ələkbərova, Xatirə İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı, stilist Anar Ağakişiyevdir.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da ANS-də yayımlanır.

…read more

From:: ANS