Van Dammın bu rəqsini milyonlar izlədi (VİDEO, FOTO)

Məşhur hollivud aktyoru Jan-Klod Van Damm “Conanın axşam şousu”nun efirində “Kikbokser” filmində illər öncə oynadığı səhnəni yenidən canlandırıb.

ANS PRESS-in məlumatına görə, aparıcı Konan O’Brayn “Kikbokser” filminin onun sevimli filmlərindən biri olduğunu və qonağa rəqslə bağlı epizodu təkrarlamağa cəhd etməyi xahiş edib.

“Mən hələ də rəqsi xatırlayıram”, – deyə Van Damm qeyd edib və sonra studiyada rəqsi təkrar edib. Video youtube-da qısa müddətdə populyarlıq yığıb.

“Kikbokser” filmi 1989-cu ildə ekranlara çıxıb.

O vaxt 29 yaşlı Van Damm filmdə baş qəhrəman rolunu canlandırıb.

…read more

From:: ANS