“Gündoğan ölkə” silkələndi

Yaponiyada zəlzələ meydana gəlib.

ANS PRESS-in məlumatına görə, Yaponiyanın Honşu adasının şərq sahillərində 6.9 bal gücündə zəlzələ qeydə alınıb. bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) xəbər yayıb.

Zəlzələnin episentri Sakit okeanda, Ofunatu şəhərindən 33 kilometr məsafədə, ocağı 38.9 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanları bir neçə bölgəsində, eləcə də paytaxt Tokioda yaşayan sakinlər tərəfindən hiss edilib.

Zərər çəkənlər və dağıntı hadisələri haqqında məlumat verilməyib. Sunami təhlükəsi isə yoxdur.
Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyada baş vermiş 9 bal gücündə zəlzələ və bunun ardından başlamış dəhşətli sunami təxminən 28 min insanın həyatına son qoyub. Onlardan yalnız yarısının cəsədi tapılıb. …read more

From:: ANS