Sovet simvolları ölkədən yığışdırılır (VİDEO)

Ukrayna hökuməti ölkə ərazisindəki sovet simvollarını yığışdırmağı qərara alıb.

ANS TV-nin məlumatına görə, paytaxt Kiyevdə, eləcə də digər şəhərlərdə qalan sovet heykəlləri, ulduzlar və digər simvolların ləğv edilməsi məqsədi ilə Ali Radada qanun layihəsi müzakirə olunub.

Ötən il ölkənin şərq vilayətlərində münaqişə başladıqdan sonra Ukrayna xalqının böyük əksəriyyəti anti-rus və anti-sovet meylləri nümayiş etdirməyə başlayıb.

Millət vəkilləri də Ukraynanın Rusiya meylindən azad olması üçün SSRİ-dən qalma nişanların ləğv edilməsini təklif edib.

Müvafiq qanun layihəsi parlamentlə müzakirə edilərək qəbul edilib. Hazırda onun qüvvəyə minməsi üçün prezident Pyotr Poroşenkonun imzalaması vacibdir.

…read more

From:: ANS