TQDK-dan imtahanlarla bağlı açıqlama

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanları ilə bağlı məlumat yayıb.

Komissiyadan ANS PRESS-ə verilən məlumata görə, TQDK iyunun 2-də tədris ili üzrə Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirəcək.

İmtahanın keçirilməsi üçün 79 bina ayrılıb. Bakı şəhəri üzrə 55897 nəfər şagirdin (IX sinif üzrə 31489 nəfər və XI sinif üzrə 24408 nəfər buraxılış imtahanında iştirak etməsi nəzərdə tutululub.480 nəfər şagird (IX sinif üzrə 245 nəfərvə XI sinif üzrə 235 nəfər) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib. …read more

From:: ANS