I sinif məhkəməsi (SİYAHI)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2015-2016-cı dərs ili üçün I sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etmək üçün Bakı şəhərinin 7 təhsil müəssisəsində apelyasiya komissiyası yaradılıb.

BŞTİ-dən ANS PRESS-ə verilən məlumata görə, komissiyalar mayın 13-dən iyunun 12-nə və avqustun 12-dən sentyabrın 25-dək fəaliyyət göstərəcək. Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 10:00-dan 16:00-dək həyata keçiriləcək. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil olunacaq.

Apelyasiya komissiyalarının fəaliyyət göstərəcəyi ünvanlar:

1. Binəqədi-Nəsimi rayonları üzrə – Binəqədi rayonu 276 nömrəli tam orta məktəb (Naxçıvani küçəsi 38)
2. Səbail-Yasamal rayonları üzrə – Səbail rayonu 2 nömrəli Texniki Humanitar Lisey (B. Sərdarov küçəsi 24)
3. Nizami-Nərimanov rayonları üzrə – Nizami rayonu 32 nömrəli tam orta məktəb (Özbəkistan küçəsi 3)
4. Qaradağ rayonu üzrə – Qaradağ rayonu 166 nömrəli tam orta məktəb (Lökbatan qəsəbəsi, Nizami küçəsi 4)
5. Xəzər-Pirallahı rayonları üzrə – Xəzər rayonu 156 nömrəli tam orta məktəb (Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi 38)
6. Suraxanı-Xətai rayonları üzrə – Xətai rayonu 95 nömrəli tam orta məktəb (Əhmədli qəsəbəsi, Q. Nəbi küçəsi 13)
7. Sabunçu rayonu üzrə – 252 nömrəli tam orta məktəb (Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 31) …read more

From:: ANS