Zəlzələ zamanı bina belə çökdü (VİDEO)

Nepalda bu gün baş verən güclü zəlzələ nəticəsində 4 nəfər ölüb.

ANS PRESS-in məlumatına görə, gücü Rixter şkalası ilə 7,4 bal olan yeraltı təkanlar çox sayda binanın dağılmasına səbəb olub.

Seysmoloqların verdiyi məlumata görə, zəlzələnin episentri ölkənin şimalında Namçe-Bazar adlı yerdən 68 km qərbdə, 10 km dərinlikdə olub.

Hadisələri lentə alan insanlar bir binanın çökmə anını görüntüləyiblər. Binanın yerlə-yeksan olmasından sonra ətrafdakı adamlar qaçmağa başlayıb.

Xatırladaq ki, aprelin 25-də də Nepalda 7,9 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində 8 min 200 adam həlak olmuş, minlərlə adam yaralanmışdı.
Dünyanın onlarla ölkəsi, o cümlədən Azərbaycan Nepala humanitar yardım göndərib.

video
…read more

From:: ANS