ATƏT bölgədə heç bir iş görmür

Parisdə gündəlik nəşr olunan nüfuzlu “L’Opinion” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub.

Jan-Dominik Merşenin müəllifi olduğu məqalədə Azərbaycan ərazisinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal edildiyi xatırlanıb. Azərbaycan ilə Ermənistan arasında cəbhə xəttində atəşkəs barədə razılığın əldə edilməsinin 21 ilinin tamam olmasının vurğulandığı yazıda münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun problemin danışıqlar yolu ilə həll etmək istiqamətində fəaliyyətinin heç bir nəticə vermədiyi diqqətə çatdırılıb.

Dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin köklərinin SSRİ-nin yarandığı dövrə təsadüf etdiyini diqqətə çatdıran müəllif 1988-ci ildən 1994-cü ilə kimi davam edən müharibə nəticəsində 30 min insanın həlak olduğunu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Həmçinin Azərbaycanın əzəli və tarixi torpağı olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonumuzun, ümumilikdə ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi diqqətə çatdırılıb. Həmin torpaqlarda Ermənistanın birbaşa və açıq şəkildə müdafiə etdiyi qondarma “respublikanın qurulduğu” bildirilib. Amma beynəlxalq ictimaiyyətin bu “respublika”nı və mayın 3-də burada keçirilən əsassız parlament seçkilərini tanımadığı vurğulanıb. Həmçinin “Dağlıq Qarabağ Respublikası” real “dövlət” deyil, yalnız Erməni silahlı birləşmələrinin nəzarəti altında olan ərazi kimi qeyd edilib. Bildirilib ki, hazırda Dağlıq Qarabağda yüz mindən bir qədər artıq erməni yaşayır. Burada əsasən, Suriyadakı müharibədən qaçan ermənilər məskunlaşdırılır.

Yazıda Azərbaycanın tarixən tolerant ölkə olduğu, Prezident İlham Əliyevin uğurlu və balanslaşdırılmış xarici siyasət yürütməsi nəticəsində qonşu dövlətlərlə səmərəli əlaqələr qurulduğu, hərbçilərimizin beynəlxalq sülhyaratma qüvvələrinin tərkibində Əfqanıstanda, İraqda və Kosovoda sabitliyin qorunmasında fəal iştirak etdikləri diqqətə çatdırılıb. Qeyd olunub ki, zəngin karbohidrogen ehtiyatlarına sahib olan Azərbaycanın sürətlə inkişaf edir. İqtisadiyyatı acınacaqlı vəziyyətdə olan Ermənistanın isə Cənubi Qafqazın ən kasıb ölkəsinə çevrildiyi diqqətə çatdırılıb. …read more

From:: ANS