Bakıda intihara cəhd

Bakı şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Suraxanı rayonunda bir nəfər intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb və təhlükəsiz əraziyə endirilib.

Əməliyyat saat 00:44-də başa çatıb. …read more

From:: ANS