Bakıda evdən meyit tapıldı

Bakının Nizami rayonunda yaşayış evindən 56 yaşlı kişinin meyiti tapılıb.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisindəki yaşayış evlərindən birində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər mənzilə baxış keçirərkən 1959-cu il təvəllüdlü Mehman Hüseynovun cəsədini aşkarlayaraq aidiyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:48-də başa çatıb. …read more

From:: ANS