Ədalətsiz ədliyyə naziri qovuldu

Misirin ədliyyə naziri zibilyığanların uşaqları barədə etdiyi sərf etdiyi sözlərdən sonra istefaya göndərilib.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri ölkənin baş naziri verib.

Ədliyyə naziri Mahfouz Saber televizyaya verdiyi müsahibədə demişdi ki, “zibilyığanların uşaqları hakim ola bilməzlər”. O bildirib ki, “zibilçi uşaqları lap hakim təyin edilsələr də bu iş onları tez yora bilər”. Keçmiş nazir izah etməyə çalışıb ki, hakimlər ali sinifdir və onlar nəcib ailələrdən gəlməlidirlər.

Minlərlə insan nazirin bu sözlərini sosial mediada kəskin tənqid edib. Nazirin özü isə bildirib ki, dediyi sözlər özü də fikir vermədən ağzından çıxıb.

Qeyd edək ki, Misirdə zibilçiliklə, əsasən “zəbbalin” adlandırılan xristian koptlar məşğul olurlar. …read more

From:: ANS