Kubokun finalında nələr olacaq?

Azərbaycanda cari mövsümə “Qarabağ”la “Neftçi”nin iştirakı ilə reallaşacaq kubokun final oyunu ilə yekun vurulacaq.

ANS PRESS-in məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutacaq oyun üçün bir müddətdi ki, Peşəkar Futbol Liqası tərəfindən hazırlıqlar görülür.

Finala hazırlıq işləri və yeniliklərlə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Qurum rəsmisi bildirib ki, finaldan əvvəl Röya Ayхanın iştirakı ilə konsert proqramı olacaq:

“Finalın fərqli və gözoxşayan keçməsi üçün çalışan PFL müvafiq plan hazırlayıb. Belə ki, oyunu işıqlandıracaq jurnalistlər səfərə iyunun 2-də aparılacaqlar. Belə olan halda, KİV nümayəndələri həmin gün “Neftçi” və “Qarabağ” klublarının iştirakı ilə 1996-cı ildə baş tutmuş final matçının iştirakçılarının 19 il sonrakı görüşünü də izləmək imkanına malik olacaqlar. Azərbaycan Kubokunun final matçının başlanmasından öncə təntənəli açılış mərasimi keçiriləcək. Populyar müğənni Röyanın da qatılacağı açılış mərasimi eyni zamanda qəbələlilərin könlünü oxşamaq üçündü. Final görüşündən sonra kubokun təqdimetmə mərasimi və möhtəşəm atəşfəşanlıq olacaq”.

Qeyd ki, kubokun finalı iyunun 3-də Qəbələ şəhər stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq. …read more

From:: ANS