Süni Mayalanma Mərkəzi yenidən qurulur (VİDEO)

Kənd Təsərrüfatı Nazirliyinin Göygöl rayonunda yerləşən Süni Mayalanma Mərkəzi yenidən qurulur. Ötən il bu məqsədlə dövlət başçısının sərəncamı ilə iki milyon manat ayrılıb və artıq həmin vəsait hesabına işlərə başlanıb.

ANS TV-nin məlumatına görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Hesab vaxtı” açıqlama verib. Respublika Süni Mayalanma Mərkəzində həm də bu sahədə ixtisaslı kadrların hazırlanması həyata keçiriləcək:

“Beynəlxalq standartların tələblərinə uyğun yenidən qurulması məqsədilə tikinti işləri aparılır. Süni Mayalanma Mərkəzinin tamamilə, yenidən qurulması, eləcə də aidiyyatı avadanlıq, laboratoriyanın alınıb gətirilməsi nəzərdə tutulur. Cari ilin sonun qədər artıq bu istiqamətdə işlər yekunlaşacaq. Əsas məqsəd isə intensiv inkişafı təmin edəcək üsulları tətbiq etməklə daha geniş, yəni heyvandarlıq sahəsində istehsalın həcminə nail olmaqdır”.

…read more

From:: ANS