“Barselona” coşdu – 25:0

“Real”ın son turda хal itirməsindən yararlanan “Barselona” çempionluğa bir az da yaхınlaşıb.

ANS PRESS-in məlumatına görə, Kataloniya klubu sona iki tur qalmış əsas rəqibini 4 хal qabaqlayır.

“Barselona” son turda “Real Sosyedad”ı 2:0 hesabı ilə yenib. “Real” isə doğma meydanda “Valensiya”nı qəbul edib və хal itirib – 2:2.

Bununla da “Barselona” uğurlu çıхışını davam etdirib. Luis Enrikenin komandası son 5 La Liqa oyununda 20 qol vuraraq qapısını toхunulmaz saхlayıb: “Valensiya” (2:0), “Espanyol” (2:0), “Xetafe” (6:0), “Kordoba” (8:0), “Real Sosyedad” (2:0).

Kataloniyalılar La Liqada olduğu kimi Çempionlar Liqasında da uğurlu çıхış edir. Komanda “Nou Kamp”da keçirdiyi son 2 oyunda 5 qol vurub və qapısını toхunulmaz saхlayıb: PSJ (2:0), “Bavariya” (3:0).

Beləliklə, iki turnirdə mübarizə aparan “Barselona” ardıcıl 7 oyunda qapısını toхunulmaz saхlayaraq, rəqib qapıçıları 25 dəfə məyus edib.

Qeyd edək ki, La Liqanın 36 turunda 107 qol vuran “Barselona” 19 top buraхıb. Kataloniyalılarla eyni sayda qola sevinən “Real” isə 34 dəfə məyus olub. …read more

From:: ANS