Soçidə strateji görüş

Ukraynadakı vəziyyət ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında mayın 12-də Soçidə müzakirə ediləcək.

ANS PRESS-in məlumatına görə, görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsi, Suriyadakı və Yəməndəki vəziyyət oacaq.

Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, Moskva ümid edir ki, C.Kerri Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni təkliflə çıxış edəcək.

Rusiya tərəfi ABŞ dövlət katibinin səfərindən dirçəliş gözləməsə də, səfərin çox vacib olduğunu açıqlayıb.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel də mayın 10-da Moskvada Vladimir Putinlə Ukraynanın şərqindəçki münaqişəni müzakirə edib. Ukraynanın şərqində atəşkəsə baxmayaraq, silahlı toqquşmalar vaxtaşırı davam edir. Atəşkəs razılaşması bu ilin fevralında Minskdə, Almaniya və Fransanın vasitəçiliyi ilə əldə olunub. …read more

From:: ANS