Azərbaycanlının da olduğu Türkiyə gəmisi belə bombalandı

Liviya sularında vurulmuş Türkiyəyə məxsus “Tuna-1 “adlı yük gəmisinin kapitanı başlarına gələn hadisə barədə danışıb.

ANS PRESSin məlumatına görə, gəminin kapitanı Ünal Bilici “Deniz” agentliyinə verdiyi açıqlamada Tobruka doğru hərəkət edərkən heç bir xəbərdarlıq almadıqlarını bildirib.

Onun sözlərinə görə, Liviya sahillərindən təxminən 13 mil aralıda hər hansı bir xəbərdarlıq edilmədən qurudan ağır silahlardan atəşə tutulduqlarını deyib.

“Hücumdan sonra gəmi təcili vəziyyət siqnalı göndərərək qurudan daha da uzaqlaşdı. Təcili siqnalına Yunanıstan, Malta və Fransadan cavab gəldi. Təxminən 10 dəqiqə sonra isə gəmiyə hava hücumu təşkil edildi, gəminin üçüncu kapitanı həyatını itirdi. Gəmi ikinci hücumun edildiyi yerdən 7 mil daha uzaqlaşdığında üçüncü hava hücumuna məruz qaldı. Onların hədəfi gəmi ekipajının olduğu yerlər idi”.

Qeyd edək ki, Tobruk limanına nəzarət edən silahlıların sözçusu Məhəmməd Hejazi gəminin Derna şəhərinə yaxınlaşmaması üçün xəbərdarlıq edildiyini bildirmişdi.

“Tuna-1”yük gəmisinə Liviya ordusu həm havadan, həm də qurudan hücum edib. Hadisə zamanı Türkiyə vətəndaşı olan üçüncü dərəcəli kapitan həlak olub.

Gəmidə olan heyət üzvlərindən 8-i türk, 6-sı gürcü və 1-i isə Azərbaycan əsilli olub. …read more

From:: ANS