İki hərbi güc birləşir

Rusiya ilə Çin Aralıq dənizində birgə hərbi təlimlərə başlayır.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.

O deyib ki, təlimlərdə hər iki tərəfdən müxtəlif tipli 10-dan çox gəmi iştirak edir. Təlimlər hər hansı 3-cü ölkəyə qarşı yönəlməyib və regiondakı mövcud vəziyyətlə bağlı deyil.

Ekspertlərin fikrincə, mayın 9-da Moskvada keçirilən hərbi paradda ilk dəfə olaraq Çin hərbçilərinin iştirakı və ardınca hərbi təlimin təşkili Qərbə yeni mesaj və güc nümayişidir.

Xatırladaq ki, Moskvada Rusiya və Çin rəhbərlərinin görüşü çərçivəsində tərəflər arasında iqtisadi və hərbi-texniki sahədə əməldaşlıq sənədləri imzalanıb. …read more

From:: ANS