Ata və oğul birlikdə əsgər oldu (FOTO)

Türkiyədə fiziki qüsurlu ata və oğul bir günlük də olsa əsgər olub.

ANS PRESS-in məlumatına görə, Türkiyə Jandarması “Əlillər həftəsi” çərçivəsində mərasim təşkil edib. Əqli qüsurlu Mehmet Taşçı (54) və oğlu Yusuf Taşçı (23) mərasimə əsgər geyimində qatılıblar.

Türkiyənin İstiqlal marşının oxunmasıyla başlayan mərasimdə bölgə Jandarma komandirinin müavini Hasan Metin, mayor Murat Akyol və digər səlahiyyətlilər iştirak edib.

Mərasimdən sonra and içən Mehmet və Yusuf Taşçıya silahlar, hadisə yerini araşdırma vəsaitləri tanıdılıb. Jandarma komandirinin müavini ata və oğlu təbrik etdikdən sonra başa çatıb.

…read more

From:: ANS