Günün qoroskopu: əgər səbr kasanız daşmaq üzrədirsə…

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik:

Qoç – Boş söhbətlər, mübahisələr və müzakirələrə vaxt ayırmayın. Əks təqdirdə münasibətlərin aydınlaşdırılması gərginləşəcək, münaqişə yaranacaq.
Problemlər, maraqlar və niyyətlərin qovuşuğu indi informasiya, məlumatlardan yararlanma müstəvisindədir. Əldaqələr, təmaslar və qarşılıqlı tərəfdaşlıq da çox mühümdür.
Yaxınlarınız və ya həmkarlarınızdan birinin həyatındakı olay sizi narahat edə bilər. Yəqin ki, həmin adama yardım etməli, onun həyəcanlarına qatılmalı olacaqsınız.
Ev işləri üçün yaxşı gündür. Kiçik işləri başa vurun, yaşam arealınızı qaydaya salın, nizam yaradın, hər şeyi yerbəyer edin. Daha maraqlı və perspektiv fəaliyyətə hazırlaşın.

Buğa – Doğrulmayan ümidlər, puç olan xülyalara görə dərindən təəssüflənməyin. Yaxın ətrafınızdakı insanlardan birinin fəaliyyəti və ya danışıqları “sürpriz”lər vəd edir. Çalışqan, qətiyyətli, inadkar olun. Cavab reaksiyası istədiyiniz kimi olmaya bilər.
Sakit gün deyil. Münasibətləri gərginləşdirməmək, nəyisə korlamamaq üçün ehtiyatlı olun. Cari dəyişikliklərdən qəfil mənfəət əldə edə bilərsiniz.
Uzaqdan xəbər, faydalı informasiya, dəstək gələcək. Hadisələrin bəzilərini, xüsusilə də bir neçə problemi qabaqlayaraq onlar barədə məlumat əldə etməyə çalışın.
Yaxın günlərin, çətin də olsa, konstruktiv dəyişikliklərə səbəb olması üçün planlarınızda dəyişikliklər etmək gərəkdir.

Əkizlər – Kollektiv iş və ya istirahətlə bağlı situasiyalar xüsusi diqqət tələb edir. Başqalarını təəccübləndirəcək əmələ yol verməyin.
İndiyədək yaxşı tanıdığınızı düşündüyünüz insan hərəkəti ilə sizi heyrətləndirə bilər. Günün hadisləri və axarı sizi hələlik təfərrüatları olmayan fikirlərə istiqamətləndirir.
Mühüm proseslərə nəzarət etməyə çalışacaqsınız. Gərəksiz, ballasta çevrilmiş münasibət və ya insandan qurtulun. İzafi gərginlikdən xilas yolu ev işləridir.
Yaxınlarınızla mübahisələrə, yaxud da münaqişələrə rəvac verməyin. Çünki onların dəstəyi indi sizin üçün abstraksiya deyil.

Xərçəng – Sakitlik, istirahət və əyləncə günü deyil. Dəyişikliklərə dərhal reaksiya verin. Cari situasiyalara münasibətinizi dərhal dəyişin. Qıvraq, çevik, cəld olun. Yaxşı reaksiya və problemləri anlamağınız gərəkdir.
Şərtlərin sizi ritmdən sapdırmaması üçün əlavə səylərə ehtiyac duyulur. Hadisələrlə xəbərlərin məziyyətləri “partlayış”lıdır. Emosiyalarınıza nəzarət edin.
Mühüm hadisələr bu gün inkişaf edəcək. Bəzi məsələləri özünüz həll edə bilərsiniz. Plan üzrə getməyə məsələlər və …read more

From:: ANS