Bakıda 5 otaqlı evdə yanğın

Bakının Nəsimi rayonunda 5 otaqlı evdə yanğın baş verib.

ANS PRESS-in məlumatına görə, rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 kv.m taxta pəncərə çərçivəsi və evin arxasında 15 kv.m sahədə məişət tullantıları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğn hadisəsi isə Bərdədə baş verib. Rayonun şəhərdən 12 km uzaq Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin 12 kv.m dam örtüyünün yanar konstruksiyaları və 1 ədəd televizor yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS