Saymon Kleq ANS-ə danışdı (VİDEO)

Avropa Oyunlarının açılışına 33 gün qalır. Dövlətmiz Avropa Şurasının üzvüdür. Bəs xalqımız necə Avropa ailəsinin üzvüdü? Oyunlar bunun sübutu olacaq. Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleqlə söhbətimiz məncə darıxdırıcı olmadı.

– Bir ildən artıqdır Azərbaycanda yaşıyırsız. Buralar xoşunuza gəlirni? Sizin üçün nəyi öyrənmək çətin oldu, nəyi isə çox asan mənimsədiniz?

– Azərbaycan, xüsusilə Bakı çox ecazkardır. Xanımımla burda yaşayıram. Azərbaycanın tarixinə, Avropanın idman tarixinə, bu oyunlara hazırlıqla bağlı kiçik töhfələrimizi də olsa, veririk. O ki, qaldı çətinliyə, mən və xanımım İngiltərədə öyrəşdiyimiz brendləri supermarketlərdə tapa bilmirdik. Xüsusilə qida ilə bağlı. Getdikcə yerli qidalara öyrəşməyə başladıq. Uyğunlaşmaq məsələsinə gəldikdə isə, İngiltərədə Bakıdakı kimi gözəl hava yoxdur.

– Birinci Avropa Oyunları ətrafında həm də orda-burda bəzən qara piar filan olur. Soruşmaq istəyirəm ki, bunlar sizin əhval-ruhiyənizə təsir gücü varmı? Yoxsa bunlara fikir vermirsiniz?

– Ümumiyyətlə işimə gəldikdə, bir sıra çətinliklərlə üzləşirəm. Amma üzləşsəm də, çox gözəl anlayıram ki, işdə əsas məsuliyyətdir. Və bu çətin məsələləri peşəkarcasına həll etməliyəm. Üzərimə böyük bir məsuliyyət qoyulmuşdur və Avropa tarixində baş tutacaq ilk oyunları təşkil edib ərsəyə gətirək. Söhbət burada təkcə Avropa miqyasından gedir. Bu oyunlar Azərbaycan və Azərbaycan xalqı üçün də vacibdir. Bu əsnada da öz işimi həyata keçirirəm.

– Hər halda razılaşaq ki, cənab Saymon Kleq artıq tarixi şəxsiyyət olmağın bir neçə addımlığındadır. Yəni bu ilk Avropa Oyunlarının təşkilatçısının adıdır. Və sadəcə olaraq bilmək istəyirəm bu adın məsuliyyəti hörmətli cənab Saymonu müəyyən mənada ulduzlaşdırmır ki, birdən-birə özünü yuxarıdan aşağı baxmağa – mən Avropanın birinci oyunlarının təşkilatçısıyam anlamına gətirib salmırki?

– Gəlin bir məsələyə əvvəlcədən aydınlıq gətirək. Bu oyunlar ancaq Saymon Kleqin adı ilə bağlı olmamalıdır, hüquqdan danışırıqsa, burda ştat üzrə 1900 insan çalışır. Onlardan biri mənəm. Düzdür, tutduğum vəzifə çox yüksəkdir. Əməliyyatlar üzrə məndən yüksək vəzifə də vardır. Baş icraçı direktor gənclər və idman naziri Azad Rəhimovdur. Bütün işlər barədə məlumatları ölkənin birinci …read more

From:: ANS