Qonaq-qara da gələ bilər, qapqara da… Hazır olaq (VİDEO)

Bu tədbir dövlətin prioritetidir. Ola bilsin ki, kimsə bizi gözləyən böyük 16-lığa, iyunun 12-dən 28-dək olan müddətə adi oyunları silsiləsi tək baxır, amma əslində belə deyil. Biz Avropanı 16 gün qonaq saxlayacağıq. Utanmadan hazırlaşmalıyıq. Bizim belə qonaqlarımız heç vaxt olmayıb. Bizim belə tədbirimiz heç vaxt olmayıb. Bu oyunlar Azərbaycan kimi elə Avropanın da ilk dəfəsidir. Ona görə Avropa da bizim kimi həyəcan içindədir… Qonaq Allah qonağıdır. Düzdü amma elə qonaqlar da var ki, arxasınca şeytan yada düşür, lənət şeytana deyirsən…

… Həqiqət həmişə çılpaqlığı sevir. Amma çılpaqların həqiqəti həmişə sevimli olmur. Qız qalasında gündəyməzcəsinə şəkil çəkdirən bu əbləh kimi. Gördüm və o saat da barmağımı dişlədim. Deməli qonaqlar arasında yanını qoymağa yer tapmayanlar olacaq və necə ki, var. Yer tapmayanda isə göyə daldalanırlar. Bəs o zaman biz neyləməliyik. Axı gələn bir deyil, iki deyil, azı 20-30 min adam gözləyirik… Onların da içində elələri var ki, gözüylə yox, gö..nuylə baxır. Və bu qədər adama keşik çəkmək, hər qonağın yanında, türkün sözü, polis qoymaq mümkün deyil axı. Amma biz də axı işıldaböcək deyilik. 9 milyonuq e… Bunun bir milyonunu ora-bura çıxaq. 8 milyonu iki gözdən sayaq, 16 milyon gözümüz var. Hərə bir tərəfdən baxsa, hamının üstündə gözümüz olar.

Tutalım ki, bir əcnəbi nalayiq hərəkət edir, ölkəmizin nüfuzunu bulaşdıran, gəlin dərhal qarşısını alaq. Amma necə? Üstünə cumub saxlamaqla, döyməklə yox, məzəmmətlə, qınaqla, uzaq başı polis çağırmaqla. Polis demişkən, bu günlər biz özümüz könüllü polis olmalıyıq. Ola bilsin ki, bizim öz doğma zırramalarımız da əlini dinc qoymur və bir əcnəbiyə sataşır, ona əl qaldırır və sair, gərək mütləq qarışaq.

Etiraf edək ki, bizdə belə bir xasiyyət var də, belə bir hadisənin şahidi olanda, əşşi nəyimə lazımdır e… mənim. – deyib, kirimişcə yanından keçirik… Amma nəyimizə də lazımdı, kimimizə də, hələ üstəlik bir haramıza da. Sadəcə vətəndaşlığımızı göstərmək üçün lazımdır.

Xanımlar və cənablar, əzizlərimiz …read more

From:: ANS