ANS ÇM Heydər Əliyevi özünəməxsus yad etdi (FOTO)

Bu gün ANS ÇM öz dinləyicilərini, ümumilikdə Bakı sakinlərini və qonaqlarını növbəti dəfə sevindirib.

ANS PRESS-in məlumatına görə, onlar bu dəfə Heydər Əliyev parkında ziyarətçilərə üzərində Heydər Əliyevin rəsmi və dediyi sözlər həkk olunmuş köynəklər paylayıblar.

Köynəyin üzərində ulu öndərin “Mən həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam!” sözləri yazılıb.

Belə bir aksiyanın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, eyni zamanda insanlar, xüsusilə gənclər, yeniyetmələr və uşaqlar arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsidir.

Böyük maraqla qarşılanan aksiyada böyüklərlə yanaşı uşaqlara da köynəklər paylanılıb.

…read more

From:: ANS